“Zoom” şirkəti Rusiya ilə digər MDB ölkələrində məhdudlaşdırma qərarı verib

192

Hurriyyet.org xəbər verir ki, Zoom Video Communications şirkəti Rusiya ilə digər MDB ölkələrinin dövlət müəssisələri və dövlət şirkətləri üçün girişi məhdudlaşdırıb. Rusiyanın “Kommersant.ru” saytının yazdığına görə, şirkət öz distributorlarına Rusiya ilə digər MDB ölkələrinin dövlət şirkətlərinə və müəssisələrinə onlayn konfrans keçirilməsi xidmətlərinə giriş imkanını satmağı qadağan edib.