Zelenski: “Putinlə Vatikanda görüşə bilərik”

81

Hurriyyet.org xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski İtaliya mətbuatına müshibəsində Donbass məsələsi ilə bağlı Rusiya ilə danışıqlar aparmaq üçün optimal məkanın Vatikan ola biləcəyini söyləyib.

Zelenski deyib: “Müqəddəs taxt-tac dünyada mənəvi nüfuz sahibidir və həmişə vasitəçi rolunu effektli şəkildə ifa edib, bitərəfdir, münaqişənin bütün tərəfələrində etibara malikdir. Məhz buna görə də Vatikan tarixdə çox vaxt sülh uğrunda gələcək naminə dövlətlər arasında münaqişələrin həllinə cəlb edilib”.

Öyən həftə Zelenski videomüraciətlə rusiyalı həmkarını Ukrayanın müharibə meydanına çevrilmiş Donbass şəhərinin istənilən nöqtəsində görüşməyi təklif eləmiş, Vladimir Putin isə cavabında Kiyevin ilk növbədə Donbas və Luqansk (separatçılarının – red.) rəhbərlikləri ilə görüşməli olduğunu söyləmiş, Zelenskini Moskvada qəbul eləməyə hazır olduğunu bildirmişdi. Putin Krım və Donbass məsələlərinin müzakirə mövzusu olmayacağını da əlavə eləmişdi.

Bazar ertəsi günü Ukrayna Prezidenti Putinlə yaxın zamanda görüşəcəklərini, zaman və məkanın isə detallar olduğunu bəyan eləmişdi. İki dövlətin başçılarının daimi əlaqə saxladığı xəbəri Kreml administrasiyası tərəfindən təsdiqlənib.