Zelenski ehtiyatdakı hərbçiləri xidmətə çağıran qanunu təsdiqləyib

108

Hurriyyet.org xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski səfərbərlik elanı olmadan ehtiyat statusundakı hərbçiləri xidmətə çağırmağa imkan verən qanunu imzalayıb. Bu qanun ötən ayın axırında parlament tərəfindən təsdiqlənmişdi.

Ukrayna Prezident Aparatından verilən açıqlamada  deyilir: “Bunun sayəsində hərbi birlikləri sürətli şəkildə ehtiyat qüvvələri ilə gücləndirilmək mümkün olacaq və hücum zamanı birliklərin döyüş imkanları artırılacaq”.

Ukraynanın Baş Qərargah rəisi Ruslan Homçak 30 mart tarixində parlamentdəki çıxışında Rusiya Silahlı Qüvvələrinin hərbi təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlarına qüvvə topladığını açıqlamışdı.

Ukraynanın şərqindəki Donbass rayonunda qondarma müstəqilliyini elan edən separatçılar ilə Kiyev hökuməti arasında 2014-cü ildən bəri atışmalar davam edir.