Zaxarova: “Zəriflə Lavrov Qarabağı müzakirə edəcəklər”

291

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif Dağlıq Qarabağın ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar. Bu barədə açıqlamanı  RF XİN mətbuat katibi Mariya Zaxarova 15 yanvar tarixində keçirilən brifinqdə verib.

26 yanvar tarixində Zərif Moskvada işgüzar səfərdə olacaq və rusiyalı həmkarı Lavrovla görüşəcək. Zaxarova deyib: “Bir sıra beynəlxalq məsələlərin, o cümlədən Dağlıq Qarabağ ətrafında, Suriyada və Əfqanıstanda olan mövcud vəziyyətin müzakirə edilməsi gözlənilir”.