Zərif: “Bayden Trampın İran siyasətindən imtina eləməlidir”

435

Hurriyyet.org xəbər verir ki, İranın Xarici İşlər naziri Cavad Zərif Donald Trampın siyasətini tənqid edən ABŞ Prezidenti Cozef Baydenin İran siyasətini dəyişdirməsi və bütün sanksiyaların ləğv edilməsi lazım olduğunu söyləyib. Zərif Çin televiziyasına müsahibəsində deyib: “Bayden Trampın siyasətindən vaz keçməlidir. Hansı ölkənin beynəlxalq hüquqa zidd siyasətini dəyişdirməli və bütün sanksiyaları ləğv etməli olduğu göz önündədir”.

Zərif deyib: “Məncə, ABŞ hələ İran siyasətini dəqiqləşdirməyib.  Ağ Ev ABŞ Prezidenti Baydenin İranla bağlı açıqlamalarını düzəltməyə çalışır. Lakin, ABŞ-ın nüvə müqaviləsini birtərəfli şəkildə tərk etməsi aşkar faktdır. Bayden Trampın siyasətindən vaz keçməlidir. Hansı ölkənin beynəlxalq hüquqa zidd siyasətini dəyişdirməli olduğu və bütün sanksiyaları ləğv eləməli olduğu çox aşkardır. Cənab Bayden Trampın siyasətini yanlış hesab edir. Bu siyasəti dəyişdirmək istəyirsə, əvvəlcə sanksiyaları ləğv eləməlidir. İranın ilk addım atmasına ehtiyac yoxdur”.