Zəngin Zəngəzur təbiəti…

42

(VI məqalə)

Qarabağ vulkanik yaylası (ən hündür zirvəsi Dəlidağ, 3616 m) ilə Zəngəzur dağları (Qapıcıq zirvəsi, 3904 m) arasında,  Araz çayının sol qolları olan Bazarçay (uzunluğu 178 km, bunun 119 km-i Zəngəzur mahalı daxilindədir, Həkəri çayının sağ qolu), Oxçuçay (85 km), Gığıçay (45 km) və Mehriçay (70 km) çayları hövzəsini əhatə edən və Qərbi Azərbaycanın cənub hissəsini tutan Zəngəzur mahalı Alban, xristianlığaqədərki və qədim müsəlman-türk tarixiliyi ilə yanaşı, həm də təbii-coğrafi şəraitinin mürəkkəbliyi-müxtəlifliyi ilə də fərqlənir.

Rus-sovet şərqşünası, Qafqazşünas, tarixçi, etnoqraf, Rusiya İmperiya və SSRİ EA-nın akademiki N.Y.Maarın (1865-1934, ana xətti ilə gürcü mənşəli) “Qafqaz əhalisinin tayfa tərkibi” əsərində (1920) qeyd etdiyi – e.ə. II-I minilliklərdə Qara və Xəzər dənizi hövzələrini tutan Sak-Skif-Xəzər tayfa-dövlət birliklərinə daxil olan türkdilli qıpçaq-peçenq və sak(skif)-xəzər icmalarının Qafqaza, eləcə də Kiçik Qafqaza böyük köç yürüşləri nəticəsində əski Zəngəzur mahalında məskunlaşması mülahizəsinə əsasən bir sıra toponimlərin etno-morfogenezisinin təhlili aparılmışdır. Bu cür etnotoponimlər sırasında “Syunik”, “Sisakan” yer adı (“sak” söz kökü olmaqla) xüsusi yer tutur. Sonrakı dövrlərdə yerli xalqların kökənli dil, dialekt, şivə tələffüzünə uyğun olaraq bu etnotoponim, eləcə də orotoponim kimi Zəngəzur adı ilə (təbii coğrafi şəraitinə rəğmən) öz təsdiqini tapmışdır.

Zəngəzur mahalı (4,5 min kv.km) tarixi-coğrafi şəraitinə görə əlverişli relyef və coğrafi mövqeyə malik olduğu üçün həm də Naxçıvan MR ilə həmsərhədliyi böyük siyasi-iqtisadi əhəmiyyət daşıyır, uzun minilliklər ərzində birləşmiş düşmən qüvvələrinin hərbi meydanına çevrilmiş, son yüzilliklərdə isə bölgənin kökənli müsəlman-türk əhalisi mürtəce hay kilsəsi-hay sürüsü tərəfindən 1904-1906-cı və 1918-1920-ci illərdə törədilmiş soyqırım-qətliam faciələrini (50-60 min nəfər) yaşamışlar. Həmin amansız qətliamlar zamanı dinc sakinlərin bir hissəsi qonşu coğrafi məkanlarda da sığınacaq tapmışlar, hazırda həmin ərazilər o dövrün tarixi-coğrafi keçmişini özündə yaşadır, hər dağında, hər qayasında, hər düzündə qanlı hadisələrin şahidliyini qoruyub saxlayır.

Araz çayının sol yatağlarını tutan Mehri, Qarakisə, Qafan və Gorus nahiyələrini əhatə edən Zəngəzur mahalının  hər bir yaşayış məntəqəsinin hərtərəfli tədqiqi elmi-nəzəri baxımından (tarixi, coğrafi, iqtisadi, hərbi, filoloji, arxeoloji, teoloji, dünyəvi…təhlil baxımından) tarixi-coğrafi keçmişimizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından ümumxalq və ümumdövlət əhəmiyyəti daşıyır.

Qafan nahiyəsinin Yuxarı və Aşağı Gödəkli (bu kəndlərin arası 2 km-dir), Cibikli, Şabadin, Qaraçimən, Ağbulaq, Şamsuz, Qurdqalağı… kəndləri də istisnalıq təşkil etmir.

Yuxarı Gödəkli kəndi nahiyə mərkəzindən 7 km aralıda, Qafan-Gorus yolunun yaxınlığında yerləşir. Yaşlı sakinlərindən Əbdül Gülməmməd oğlunun (1892-1982), Təmil Şahbudaq oğlunun (1897-1982), İsa Qənbər oğlu Hüseynovun (1909-1989)… söyləmlərinə görə kəndin bünövrəsi XVII əsrdə Cənubi Azərbaycanın Ərdəbil mahalındakı Üçdibin kəndindən gəlmiş Eyvaz xan tərəfindən qoyulmuş, onların tayfası indi də Eyvazxanlılar şəcərəsini davam etdirir. Bu nəslin xələflərindən olan cərrah-travmatoloq Ayaz Musa oğlu Hümbətov (1972) ulu babalarının doğma Üçdibin kəndində olmuş, soyköklərinin orada yaşayan və Eyvazxanlılar adlanan qohumları ilə görüşmüşdür, 2019-cu ildə.

Kəndin tarixiliyini yaşadan Kaha dərəsi (kəndin şərqə doğru 1 km-də qoz ağacları ilə örtülü, Şallı dağına yaxın, Gorus-Qafan yolunun altında) də qaçaq Nəbi Alı oğlunun (1854-1896) səngər yerlərindən olub, o, kənd sakini Xalıqverdi ilə dost olub. 1905-1906-cı illərdə quldur Q.Nijde və A.Ozanyanın dəstələri nahiyənin kəndlərində, o çümlədən Yuxarı Gödəkli kəndində qətliamlar törədəndə bir çox ailə yurd-yuvalarını birdəfəlik tərk etmişlər. Kəndin şərqində, 1 km aralıda Xustup-Qatar dağını (3206 m) bürümüş meşəliyin ətəyindəki biçənək sahəsindəki həmin ocaqlar “Çuxuryurd yeri” kimi  qalmaqda idi.

Xustup-Qatar orotoponimi əski oğuz-türk tayfalarının dilində formalaşmış “Oğuz təpəsi”, “Oğuz təpələri” adının dəyişilməsi və fonetik təlləfüzə uyğun təsdiqini tapmışdır. “Qatar” sözü məhz “sıralanmış təpələrə” görə əlavə edilmişdir. Bu dağ Zəngilan nahiyəsinə qədər uzanır.

Yuxarı Gödəkli kəndinin qərbində, 8-10 km-lik məsafədə meşə ilə örtülü Şallı dağı ucalırdı, üstü subalp və alp çəmənlikləri, yaylaq yerləri idi, Şabadin, Zeyvə, Sevəkər… kəndlərinə yaxın. Şallı dağının zirvəsini həmişə bürüyən dumana, çənə işarə olaraq onu belə adlandırıdılar. Ona kəmər kimi bitişən Kəmərə dağının sıldırımlı, yalçın qayalıqlarının ətəkləri kollu-koslu, meşəli dərələrlə örtülü idi, Qafan-Gorus yolu onun böyüründən keçirdi.

1905-1906-cı illərdə hay kilsəsinin təşkil etdiyi qətliamlardan sonra Sevəkər kəndi yandırılmış, talan edilmiş, canını qurtaran sakinlər qonşu kəndlərdə məskunlaşmış, 1910-cu ildən sonra hay sürüsü orada yerləşdirilmişdir. Bu kənd Qafan şəhərindən 10 km aralıdadır.

Həmin illərdə Qacaran kəndi yaxınlığındakı Kirt (20-yə qədər ev olub) və Bəydaş (30-40 ev) kəndləri yer üzündən silinmiş, sağ qalanlar Gödəkli, Almalıq kəndlərinə, Qubadlı nahiyəsinin Mollu kəndinə sığınmışlar.

Bu yerlərdə 1920-ci ildən sonra Suriyada köçürülən haylar yerləşdirildi.

1950-ci illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini, sevəkərli hay-daşnak ünsürünün anasına göndərdiyi yazısı ələ keşmişdir, həmin məktubda yazılmışdır ki, arxayın olun, sizin qisasınızı almışıq və almaqda davam edirik.

Yuxarı və Aşağı Gödəkli kəndlərinın ətrafını  (1-2 km aralı) ən çox palıd ağaclarından ibarət olan Aybasan və Əbilcə meşələri bürümüşüdü. Bu meşələr uzanaraq “Almalıq”, “Qızıldaş” yerlərindən keçərək həm Qafana, həm də Qubadlıya tərəf uzanırdı, Qızıldaş dağının gündoğan yamacının ətəklərində Eyvazlı, Məzrə, Qədirli, Seytaz kəndləri  salınmışdır.

Aybasan meşəsi ağac növlərinin zənginliyinə (palıd ağaclarından başqa vən, ulas, ağcaqayın, quşarmudu, yemişan… çox idi) və sahəsinin böyüklüyünə görə bölgədə xüsusilə seçilir.

Kəndin ətrafındakı meşələrdə “Eyvaz bulağı”, “Qaşıq bulaq”…, “Armudlar düzü”, “Düz zəmi”, “Düzlər yeri”…, “Hətəm daşı” (hündür yer idi, üstü biçənək, bir tərəfi meşə), Sulu dərə (Şallı dağ istiqamətində)… kənd sakinlərinin ictimai-iqtisadi, mənəvi-ruhsal həyatının bir hissəsi idi.

Biçənək yerlərində çoxlu (10-15) kahalar vardı, kollu-koslu, meşə sahələrinə (burada əhəg yataqı tapılmışdır, “Çuxuryurd yeri”nin həndəvərində) bitişik, ümumiyyətlə Yuxarı Gödəkli kəndinin 280-300 hektara qədər biçənək yeri olub.

Kəndin qərbində, girəcəyində “Nəsir ölən yer” 1920-ci ildə pusquda duran hay quldurunun qanlı əməlinə, vəhşiliyinə, qansızlığına… nişanə olan toponimdir.

“Almalıq meşəsi”ndəki (Aşağı Gödəkli kəndindən 5-6 km aralıda) mağarada, sal qaya, daş parçalarının arasında qara qüvvələrin olduğu güman edilirdi, ora “Tüklü pir” deyilirdi, alt hissəsində bulaq, ona yaxın “Səki biçənəyi” təqribən 10 hektar sahəni tuturdu. Biçənəyin qırağını yaşı 120-130 ilə çatan armud ağacları bürümüşdür.

Kəndin özündə qoz ağacları (diametri 3 m-ə çatan) vardı ki, hərəsindən 12-13 kisə qoz yığılırdı.”Almalıq meşəsi”nin ortasında talada II-III əsrə aid Alban yaşayış məskəninin 10-a qədər yurd yeri qalırdı.

Qeyd etmək lazımdır ki, Zəngəzur mahalı tarixi-coğrafi keçmişinin qədimliyi ilə yanaşı təbii şəraitinin əlverişli olması ilə (əsrarəngiz təbiət lövhələri, relyef formasının zənginliyi, hidroqrafik şəbəkəsinin sıxlığı, bərəkətli torpaq-müalicəvi iqlim havası… olmaqla) bütövlükdə Azərbaycan hüdudlarında seçilən (düşmənə göz dağı olan) bölgəmizdir.

Təsadüfi deyil ki, XIX-XX əsrin tanınmış bəyləri üçün məhz Qafan-Görus məhsulları göndərilərdi…

R.S. Türkiyə Cumhuriyyətinin Ərzurum mahalında, Xaçmaz rayonunda da eyniadlı Gödəkli kəndləri var. Yuxarı Gödəkli kəndinin adı Vardan, Aşağı Gödəkli kəndinin adı Merku Qodaklu, Qarakisə şəhəri Sisiyan, əvvəllər Laçın nahiyəsinin Malıbəy və Qarıqışlaq kəndlərinin 5-10 km-də yerləşən və Şuşa qəzasına aid olan Xanabad kəndi 1920-ci ildən sonra Gorus nahiyəsinə daxil edilmiş, bu toponim dəyişilərək Xnatsax, Araz çayını Erasx, Bazarçay çayı Vorotan, Oxçuçay çayı Voxçi… adlandırır  hay kilsəsi və hay sürüsü.

Qismət  YUNUSOĞLU,

Bakı Dövlət Universitetinin müəllimi

Qeyd: Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Qafan nahiyəsi, Aşağı Gödəkli kənd sakini Yaqub Soltan oğlu Orucovun (1962) və Yuxarı Gödəkli kənd sakini Məhərrəm Musa oğlu Hümbətovun (1966) məlumatlarından istifadə edilmişdir.