Yunanıstanda ilk dəfə qadın prezident seçildi

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.

“RİA Novosti” xəbər verir ki, səsvermə bu gün səhər saatlarında parlamentdə keçirilib.

Parlamentdə 300 nəfər deputatdan 200-dən çoxu Y. Sakellaropuluya etimad göstərərək səs verib.

Y. Sakellaropulu Yunanıstanda ilk qadın prezident kimi tarixə düşüb./apa/