Yunanıstanda hərbi islahat! Türkiyə sərhədi və Egey adalarında…

549

Hurriyyet.org xəbər verir ki, Yunanıstanın quru qüvvələrində icbari olan 9 aylıq hərbi xidmət müddəti 1 ilə çıxarılıb. Yunanıstanın Müdafiə naziri Nikos Panagiotopoulosun yazılı açıqlamasına görə, bu qərar may ayından qüvvəyə minəcək.

Qərar Baş nazir Kiriakos Miçotakisin rəhbərlik elədiyi Xarici İşlər və Müdafiə Şurasının cümə axşamı günü keçirdiyi iclasda qəbul olunub.

Türkiyə sərhədində və ya Egey adalarında xidmət edən əsgərlərin bu dəyişiklikdən azad edilməsi gözlənilir.

Yunan Donanması və ya Hava Qüvvələrindəkilərin indiyə qədər olduğu kimi, 12 aylıq milli xdiməti tamamlamaları lazım olacaq.

Yunanıstanda hərbi xidmər 19 yaşından etibarən bütün sağlam kişilər üçün icbaridir.