Yük avtomobili fəhlənin üstündən keçdi – GÖYGÖLDƏ

    54

    Göygöldə fəhlə faciəvi şəkildə ölüb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kəndində Ağdaş rayon sakini, "Özgün Yapı Sənayə Ticarət və Anonim" şirkətində sürücü işləyən Qurban İbrahimov "Ford Cargo" markalı avtomobillə onunla eyni şirkətdə fəhlə işləyən Kəlbəcər rayon sakini, Taryel Şirinovun üstündən keçib.

    Fəhlə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb.