YPG basqın etməyə çalışdı, XTQ hərəkətə keçdi

117

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında YPG/PKK silahlı qrupunu zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, terrorçular hərbçilərin mövqelərinə atəş açıb, “Sülh çeşməsi” əməliyyat bölgəsinə daxil olmağa cəhd göstəriblər. Cavab tədbirləri nəticəsində 5 terrorçu zərərsizləşdirilib.