Yeni proqram hazırlanır: YAP-da yenilənmə başlayır

39

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yeni proqramı hazırlanır.

Bunu YAP sədrinin müavini, partiyanın Mərkəzi Aparatanın rəhbəri Tahir Budaqov deyib.

“Yeni Azərbaycan Partiyasının yeni proqramının işlənib-hazırlanması üzərində müzakirələr davam edir”, – deyə o, bu gün YAP-da keçirilən konfransda çıxış edərkən bildirib.

Tahir Budaqov əlavə edib ki, bu proqramda yeni reallıqlar, eləcə də qarşıda dayanan vəzifələr öz əksini tapmalıdır. Onun sözlərinə görə, əsas vəzifələrdən biri azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərində fəal iştirak etməkdir.\\Axar