YENİ NAZİR ABŞ-da TƏHSİL ALIB… – Rəşad Nəbiyev kimdir? + DOSYE

840

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Rəşad Nəbiyev 1977-ci ildə anadan olub.

Yeni nazir buna qədər 10 il “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 

1994-2000-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

1997-2000-ci illərdə Prezidentin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib. 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezidentin 2011-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos”un sədri vəzifəsinə təyin edilib. 20 yanvar 2021-ci il tarixdən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.

“AzPolitika.info”