YENİ KİLİNİKANIN BAŞ DİREKTORU PƏRVİZ ABBASOVUN VƏ FHN-NİN MODUL TİPLİ XƏSTƏXANASININ BAŞ HƏKİMİ İMRAN AĞAYEVİN HƏYAT FACİƏLƏRİ

165

Hurriyyet.org xəbər verir ki, keçmiş millət vəkili, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu bu gün öz rəsmi “Facebook” səhifəsində paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik:

Hər gün, az qala hər saat yüksək vəzifəli şəxslər kabinetlərindəcə hüquq orqanlarımız tərəfindən haram pul üstündə saxlanılaraq zindana göndərilir. Lakin, nəticə çıxarılmır. Məni qınamayın, millətimizin deyəsən, qanındadır zəhmətsiz gəlir əldə etmək həvəsi, sevgisi!!! Nə qanundan qorxurlar, nə Allahdan… Salam verdim, almadılar, rüşvət olmadığı üçün… Çox təəssüflər ki, belədir!!!
Fürsət düşən kimi alırlar. Daha fərqində deyillər ki, tələb etdikləri pulu bu yazıq necə tapır, kimlərə əl açır, kimlərə yalvarır ki, gətirib versinlər vicdanını itirmiş, həkim ləyaqətini yerdən-yerə vurmuş “Yeni Klinika” adı ilə tanınan xəstəxananın baş direktoruna və modul tipli xəstəxananın baş həkiminə və Hippokrat andı içən digər bu kimi həkimlərə, onlar da rüşvət müqabilində ölüm yatağında olan COVİD xəstəsinin müalcəsinə başlasınlar. “Yeni Klinika”nın baş direktorunun simasına baxıram. Bir neçə xarici ölkənin nüfuzlu tibb mərkəzlərində aldığı təhsilə diqqət edirəm. Doğrudan, heyfim gəlir. Hər şey öz yerindədir. Boy-buxun, gözəl sima ilk baxışdanca onun barəsində adamda cinayətkar təəssüratı yaratmır. Ancaq burada bir lakin var ki, xəstəyə 3000-4000 min oxuyan Pərviz həkimin kabinetində axtarış aparılan zaman üzə çıxarılan “rüşvət dəftərində” hansı xəstədən nə qədər alındığını, kimin nə qədər borclu qaldığını göstərən siyahıya baxdıqca adamı dəhşət götürür. Necə alışıb, necə öyrəşib haramçılıqla qazanılan sərvətə!? Kim öyrəşdirib?! Məncə həkimi şəxsiyyət kimi sındıran, onu heçliyə doğru aparan, mənəviyyatını yoxsullaşdıran məsələlər elə bu sualın cavabındadır. Odur ki, günahkarı axtarmaq, onun harada olduğunu müəyyən etmək üçün dağa-daşa düşməyə gərək yoxdur. Elə həssas məqamlar var ki, sadəcə onu dilə gətirməyə böyük risk istəyir. Oktay Şirəliyev artıq gedib. Günahı həm də Pərviz həkimi bu günə salanlardan, Azərbaycanın səhiyyəsini rüşvətxorluq hesabına “çiçəkləndirən,” aprelin 24-də Moskvadakı erməni kilsəsinə gedərək “soyqırım” üçün 24 şam yandıran, xristanlığı qəbul etmiş bir qızın dost-doğma atası olan Oktay Şirəliyevin şəxsində çözmək lazım gəlir. Bu mənada Pərviz həkimin həyatında rüşvətxorluq meylinin belə dərin kök salmasının əsas səbəblərindən birinin haraya dayandığı yəqin hər kəsə aydındır. Üzündən-gözündən, sifət cizgilərindən nur yağan bu cavan oğlanı rüşvətə bağlayan görəsən daha hansı ictimai – şəxsi keyfiyyətlər var ki, onlardan xəbərsizik!? Əslində, dəftərdəki rüşvət siyahıları ona işarə edir ki, Pərviz həkimi qaşına-gözünə heyran olub “Yeni Klinika”ya baş direktor qoymayıblar. Ən dəqiqini iki nəfər bilər. Ya Şirəliyev, ya da ki, Toxlucalı Bayramlı!!! İmran Ağayevi rüşvətə bulaşdıranın adını çəkməyə isə məncə heç ehtiyac duymuram.
Nəhayət, dil bilmək, xaricdə təhsil almaq hələ təmizliyə, dürüstlüyə dəlalət etmir. Əgər vicdan, ləyaqət məsuliyyəti yoxdursa, istərsən yüz dil bil, səni fransızın, ingilisin, ispanın, almanın, farsın və ərəbin dilləri bu əyrilikdən, nadanlıqdan, haramçılıqdan xilas etməyə gücləri çatmaz.

P.S. ŞƏMKİRİN İCRA BAŞÇISI HEÇ ÖZ ANA DİLİNDƏ DANIŞA BİLMİRDİ. O DA GETDİ PƏRVİZLƏ İMRAN HƏKİMLƏRİN YANINA…