Yaxınlaşma: Səudiyyə kralı Qətər əmirini ölkəsinə dəvət etdi

111

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləzizin Qətər əmiri Seyx Təmim ibn Həmid Əl Sanini Səudiyyə Ərəbistanına dəvət elədiyi bildirilib.

Qətərin Əmirlik Divanından verilən yazılı açıqlamaya görə, yanvar ayında keçirilmiş Ula Sammitində əldə edilən razılaşmadan sonra ikinci dəfə Qətərə getmiş Səudiyyə Ərəbistanı Xarici İşlər naziri faysal ibn Fərhan Əmir Temim tərəfindən paytaxt Dohadakı Əl Bəhr sarayında qəbul edilib.

İbn Fərhan görüş zamanı Şeyx Təmimə Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləzizin dəvətini çatdırdığı bildirilir.

Bəlli olduğu kimi, 2017-ci il iyunun 5-də Səudiyyə Ərəbistanı BƏƏ, Bəhreyn və Misir “terror qruplarını dəstəklədiyi” iddiası ilə Qətərlə bütün diplomatik əlaqələrini kəsmiş və bu ölkəni iqtisadi blokadaya almışdılar.