Yaponiya Çinə etirazlarını gücləndirir – “Çin sahil mühafizə gəmisində silah olub…”

216

Yaponiya, mübahisəli Şərqi Çin dənizi adaları yaxınlığında Çinin hücumlarına etiraz edir.

“AzPolitika.info” “Bangkok-Post”a istinadla xəbər verir ki, Yaponiya Nazirlər Kabineti Baş Katibi Katsunobu Kato ötən gün keçirdiyi mətbuat konfransında Yaponiyanın Şərqi Çin dənizinin yaşayış olmayan adaları yaxınlığında ölkənin ərazi suları hesab etdiyi ərazilərdə meydana gələn hadisələrə etirazını bildirib. Yaponiya hökuməti 2012-ci ildə bu üç adanı xüsusi mülkiyyətçisindən satın aldığından bəri Asiyanın iki ən böyük iqtisadiyyatından olan gəmilər Yaponiyada Senkaku və Çində Diaoyu kimi tanınan zəncir ətrafında bir-birini təqib edir.

Prezident Cozef Bayden hakimiyyətə gəldikdən və Baş nazir Yoşihide Suqa ABŞ-ın təhlükəsizlik müqaviləsi öhdəliklərini yerinə yetirəcəyini bəyan edəndən sonra adalara diqqət artırılıb.

 

 

Keçən ay Çin hökumətinin sahil mühafizə xidmətinin bəzi şərtlərdə xarici gəmilərə atəş açmasına icazə verən qanunun qəbulu Yaponiyanın tənqidinə səbəb olub. K.Kato deyib ki, ötən gün Yaponiyanın adalar ətrafında öz suları olaraq qəbul etdiyi ərazidə üzən dörd Çin sahil mühafizə gəmisindən birində silah olduğu ortaya çıxıb.

Yaponiya illərlə ən böyük ticarət ortağı ilə gərginliyi aradan qaldırmağa çalışıb və və keçən il Çin Prezidenti Si Tsinpinin dövlət səfərini qarşılamağı planlaşdırırdı. Pandemiya səbəbiylə səfər təxirə salındı. Hakim partiyadan olan bəzi millət vəkilləri isə səfərin rəsmi olaraq ləğv edilməsini istəyib.

Tez-tez yeganə hərbi müttəfiqi olan ABŞ-ın və ən yaxın qonşusu Çinin maraqları arasında qalan Yaponiya, bəzən Çini açıq şəkildə tənqid etmək istəmirdi. Bununla belə, o, keçən il iyun ayında Çinin Honq Konqa qarşı təzyiqlərini pisləyən bəyanatı G7 (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, BB, ABŞ) ilə koordinasiya edib. Yaponiya, Çin tərəfindən tənqid olunan Quad (Dördtərəfli Təhlükəsizlik Dialoqu – ABŞ, Hindistan, Avstraliya və Yaponiya) qrupunun üzvlərindən biridir.