Hurriyyet.org xəbər verir ki, Rusiyanın İnstintaq Komitəsinin açıqlamasında paytaxt Moskva şəhərində qadağan edilməsinə rəğmən fəaliyyətlərini davam etdirən Yəhova Şahidləri cəmiyyətinin bəzi üzvlərinin evlərində əməliyyat keçirilib.
Əməliyyat zamanı 16 ünvanda axtarış aparılıb, bəzi cəmiyyət üzvləri “radikal fəaliyyətdə” ittiham edilərək saxlanılıb.
Yəhova Şahidləri cəmiyyəti Rusiyada qadağan edilib.
2017-ci ildə Rusiya Ədliyyə Nazirliyi bu qrupun qadağan edilməsi üçü müraciət etdikdən sonra ölkənin Ali Məhkəməsi Yəhova Şahidlərini “radial təşkilat” kimi qəbul edərək, cəmiyyətlə bağlı 395 icmanın fəaliyyətinni dərhal dayandırılması, cəmiyyətin əmlakının müsadirə edilməsi və fəaliyyətinin Rusiya ərazisində qadağan edilməsi qərarını vermişdi.
ABŞ Rusiyanın bu qərarına etiraz edərək qadağanın ləğv edilməsini tələb eləmişdi.
Yəhova Şahidləri də qərara etiraz edərək, Avropanın İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət etmişdilər.