“Xudayar çoxdandır təzə mahnı buraxmır” deyən şəxs döyüldü – VİDEO

165
Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında nalayiq ifadələr işlədən şəxs döyülüb.
Hurriyyet.org xəbər verir ki, Fuad Rəsulzadə adlı gənc bir müddət öncə “tvitter” sosial şəbəkəsində “Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlər sosial şəbəkədə kəskin etirazla qarşılanmışdı.
Bu gün həmin gəncin döyülməsi haqda video sosial şəbəkədə paylaşılıb.
Onu kimlərin döydüyü məlum deyil.
Həmin videonu təqdim edirik: