Xocalı cəlladı Ohanyan: “Seçkilərdə Koçaryanı dəstəkləyəcəyəm”

102

Hurriyyet.org xəbər verir ki, Xocalı xəlladı, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan erməni mətbuatına müsahibəsində qarşıdakı parlament seçkilərində Ermənistanın ikinci Prezidenti Robert Koçaryanı dəstəkləyəcəyini bildirib: “Koçaryana böyük hörmətim var. Əgər o, bu gün siyasi proseslərdə iştirak etməli olduğunu qərara alıbsa, onu dəstəkləyirəm. Robert Koçaryanın dövründə Ermənistanın təhlükəsizliyi yüksək səviyyədə olub”.

Seyran Ohanyan qeyd edib ki, Koçaryan onu öz komandasında işləməyə dəvət eləsə, bu dəvəti qəbul edəcək.

Seyran Ohranyan 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

 

1999-2007-ci illərdə qondarma “DQR”in “müdafiə naziri“, 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008-2016-cı illərdə – Serj Sarkisyanın prezidentliyi dövründə – Ermənistanın Müdafiə naziri olub.