Xırdalanda faciə: Qadın ölü tapıldı, uşaqlar isə… – YENİLƏNİB

156
Corpse

Abşeron rayonunda evdən aşkar edilən qadın meyiti ilə bağlı araşdırma aparılır.

Bu barədə Oxu.Az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Xırdalan şəhərində 1985-ci il təvəllüdlü Məmmədova Aytəkin Cəsarət qızının yaşadığı evdə meyitinin aşkar edilməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal əraziyə baxış keçirilib .

“İş üzrə zəruri ekspertizalar təyin edilib. Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 23B ünvanında qeydə alınıb.

Könül Cəfərli

09:15

Xırdalan şəhərində ikisi azyaşlı olmaqla üç nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Məmmədova Aytəkin Cəsarət qızının meyitini və iki nəfər azyaşlını halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.