Xaricdəki ziyarətgahlara mütəşəkkil dini səfərlərin təşkili ilə bağlı qanuna dəyişiklik edilir

48

“Xaricdə yerləşən ziyarətgahlara mütəşəkkil dini səfərlərin təşkili ilə bağlı qanuna dəyişiklik edilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, Həcc ziyarəti tənzimlənir, amma digər dini yerlərə səfərlər tənzimlənmirdi: “Bu cür yerlərə gedən vətəndaşlarımızın sayı 10 minlərlə ölçülür. Biz bunun qarşısını almaq istəmirik. Digər önəmli məqam ondan ibarətdir ki, mövcud qanunda qeyd edilr ki, dini icmalar məscidlərdə yaradılır. Ancaq Azərbaycanda çoxlu ziyarətgahlar var. Ziyarətgahlarda dini icma yaradılmayıb. Bununla bağlı qanuna dəyişiklik edilir. Bu, ziyarətgahların fəaliyyətinin tənzimlənməsinə kömək edəcək. Dini icmanın qeydiyyatdan keçməsi üçün ən azı 50 nəfər şəxs lazım olacaq. Biz bu rəqəmin aşağı salınmasının tərəfdarı deyilik. Mövcud dəyişikliklər təsdiqlənsə, artıq dini icması olmayan məscidlərə də din xadimlərinin təyini məsələsi öz həllini tapacaq”.