“Xaricə getməyimə heç bir əsas yoxdur” – Rövşən Əkbərov danışdı

312

Azərbaycan Ordusunun sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərov vəzifəsindən kənarlaşdırılmasına ilk dəfə münasibət bildirib.

Rövşən Əkbərov hazırda evdə istirahət etdiyini deyib:

“Əgər Müdafiə Nazirliyi açıqlama verirsə, mən vəzifəmdən getmişəm, deməli, elədir. Hazırda Bakıda, evimdəyəm və heç yerə getməmişəm. Heç xaricə getmərəm, çünki buna səbəb yoxdur”. /Demokrat.az