Xanumyan: “Qarabağda seçkilər Azərbaycan qanunvericiliyinə uyğun keçiriləcək”

297
Məlum olduğu kimi, Dağlıq Qarabağda yerli özünüidarə orqanlarına seçkilərin keçirilməməsi barədə qərar Ermənistanda böyük ajiotaj yaradıb. Erməni millətçiləri bildiriblər ki, bu qərarı imzalayan Arayik Arutyunyan Azərbaycanın maraqlarını müdafiə edən sənədlə əslində əsl kimliyini ortaya qoyub.
Arayikin bu addımını millətçilər satqınlıq kimi qələmə veriblər. Dağlıq Qarabağın erməni icmasının tanınmış simalarından biri olan Ayk Xanumyan seçkilərin keçirilməsinin qeyri-mümkünlüyü barədə xüsusi açıqlama vermək məcburiyyətində qalıb.
O deyib ki, “İstəsək də, belə bir seçkiləri keçirmək mümkün olmayacaq”:
“Çünki seçkilərin keçiriləcəyi 11 icmadan 5-i Azərbaycan Ordusunun tam nəzarəti altındadır. Orada yaşamış sakinlər müharibədən sonra Ermənistanın müxtəlif yaşayış məntəqələrində məskunlaşıblar.
Digər tərəfdən, hərbi əməliyyatlar zamanı üç icmanın rəhbəri öldürülüb. Daha səkkiz icma liderinin öz ifadələri əsasında səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Ayk Xanumyan erməni cəmiyyətinə bəyan edib ki, yerli özünüidarəetmə qanunvericiliyinə dəyişikliklər etmək üçün fəal iş aparılır. O, bununla eyham vurub ki, Qarabağda seçkilər Azərbaycan qanunvericiliyinə uyğun təşkil ediləcək. \\KONKRET