“Xankəndində Tural Gəncəliyevin ofisi açılsa, təəccüblənməyin” – Erməni deputat

105

Ermənistan parlamentindəki ən qatı millətçi və hökumətə müxalif deputatlardan biri sayılan Naira Zöhrabyan növbəti dəfə Nikol Paşinyan hökumətini Azərbaycana və Türkiyəyə qarşı loyal siyasət yürütməkdə günahlandırıb.

“AzPolitika.info” erməni KİV-lərinə istinadla xəbər verir ki, N.Zöhrabyan bu dəfə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, deputat Tural Gəncəliyevin fikirləri üzərindən Paşinyan hökumətini tənqid edib.

Erməni deputat bildirib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil edən T.Gəncəliyev yaxın zamanda Xankəndində rəhbərlik etdiyi qurumun ofisinin açılacağını elan edib.

Zöhrabyan deyib ki, bunun tezliklə mümkün olacağını istisna etmir: “Əgər Stepanakertin(Xankəndi-red.) küçələrinin birində “Tural Gəncəliyevin ofisi” sözlərini oxusanız, təəccüblənməyin”.

Müxalif deputat bir az da irəli gedərək, hətta onu da əlavə edib ki, hökumət “Ermənistanın türkləşdirilməsi” siyasətini yürüdür.