WhatsApp fırtınası sakitləşmir: söhbətlər Google axtarışında görünə bilər

657

Hurriyyet.org xəbər verir ki, WhatsApp yeni gizlilik siyasəti ilə gündəmdəki yerini qoruduğu bir zamanda yeni bir xətaya imza atıb. Google proqramında axtarış aparan adamların özəl və gizli qrup söhbətlərinə daxil ola bildiyi aşkar edilib.

Gadgets 360 tərəfindən aşkar edilən bir çatışmazlıq WhatsApp söhbətlərinin Google proqramında indeksləşdirilməsinə səbəb olub.The Economic Times nəşrinin xəbərinə görə, bu qüsur sayəsində WhatsApp qruplarının qoşulma linkləri Google axtarış aparan şəxslər tərəfindən oxuna bilər. Həmin şəxslər də bu link vasitəsi ilə qruplara qoşula bilirlər.

WhatsApp isə bu problemin həll olunduğunu, 2020-ci ildə də bənzər problemlə qarşılaşdıqlarını və qısa müddət ərzində xətanın aradan qaldırıldığını bildirmişdi.