VÜQAR MƏMMƏDOV VƏ XANIMI XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ – Koronavirusa yoluxan baş redaktor gün ərzində 3 dəfə şoka düşüb…

75

“Hürriyyət” qəzetinin, eyni adlı televiziya və saytın baş redaktoru Vüqar Məmmədovun və ailə üzvlərinin koronavirusa (COVİD 19) yoluxması haqda məlumat vermişdik.

Qeyd edək ki, baş redaktor və ailə üzvləri 10 günə yaxındır ev şəraitində müalicə alırdı. Bu gün V.Məmmədov və xanımının vəziyyəti pisləşdiyindən, hər ikisi xəstəxanaya yerləşdirilib.

Hurriyyet.org-a məlumat verən Vüqar Məmmədov gün ərzində 3 dəfə halının pisləşdiyini və şoka düşdüyünü açıqladı. Baş redaktor bildirdi ki, bir neçə saat əvvəl “Yeni Klinika”ya yerləşdiriliblər və hər ikisi – xanımı və özü xəstəxana şəriaitində müalicələrini davam etdirirlər.

Hurriyyet.org

Redaksiyadan: Vüqar Məmmədova və koronavirusa yoluxan ailə üzvlərinə Allahdan şəfa diləyirik!