Virusu ağır keçirənlər aylar sonra da SAĞALMIRLAR

24

COVID-19 diaqnozu ilə xəstəxanada müalicə alan bəzi şəxslərdə sağaldıqdan sonra ruhi və fiziki problemlər qalır. Böyük Britaniya alimləri bununla bağlı xəstəxanadan çıxan 1077 koronavirus xəstəsi arasında araşdırma aparıb. Araşdırmaya əsasən, koronavirusdan sağalan hər 10 nəfərdən 7-si xəstəlikdən 5 ay keçməsinə baxmayaraq, hələ tam sağalmayıb. COVID-19-a yoluxan şəxslərin 20 faizində sağaldıqdan sonra başqa ağır xəstəliklər meydana çıxıb, digər 20 faiz pasiyentdə isə müxtəlif problemlər yaranıb.

Xəstəliyin simptomları ağ dərili orta yaşlı xanımlarda daha uzun davam edir. Bu dövrdə şəkər, astma, ürək-damar riskləri də artır. Araşdırmaya cəlb edilən şəxslərin 29 faizi 5 aydan sonra sağaldıqlarını qeyd edib.

Siptomlar arasında ən çox əzələ ağrısı, yorğunluq, fiziki zəiflik, yuxusuzluq, nəfəs darlığı, ağrılar, qısa müddətli huşsuzluq kimi hallar müşahidə edilir. \\Virtualaz.org