Vendı Morton: “Böyük Britaniya Rusiyanın Gürcüstanın işğal edilmiş ərazilərinə nəzarət etməsini pisləyir”

240

İngiltərənin Avropa ilə qonşuluq və məsələlər üzrə naziri Vendi Morton Gürcüstan səfəri çərçivəsində işğal xəttinə yaxın Odzisi kəndinə baş çəkib.

Mortonun bildirdiyinə görə, İngiltərə Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edir və Gürcüstanın işğal olunmuş ərazilərinə Rusiyanın nəzarətini pisləyir. Vendi Morton, “Bu gün mən Rusiya silahlı qüvvələrinin törətdiyi işğal gerçəkliyini, yerli əhali üçün çəkilən tikanlı məftildən ibarət çəpərlər reallığını görmək üçün burada -2008-ci ildən bəri Gürcüstanı Cənubi Osetiya bölgəsindən ayıran inzibati sərhəddəyəm.

Bu on iki illik münaqişənin bir çox insana zərəri dəymişdir. Bu, ailələrin ayrı düşməsinə səbəb oldu.

İnsanlar Rusiyanın hakimiyyəti altında torpaqlarına və ziyarətgahlarına girə bilmirlər. Birləşmiş Krallıq əvvəlki kimi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir.

Biz Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərinə nəzarətini və onu təhlükə kimi qəbul edən ölkələrdə sabitliyi pozmağa yönəlmiş hərəkətlərini qınayırıq ”dedi.

Tərcümə etdi: Ülviyyə Şükürova