Vazgen Manukyana cinayət işi açıldı

84

Ermənistan polisində “Vətənin qurtuluşu hərəkatı”nın lideri, müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyana qarşı cinayət işi açılıb.

Bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyan bildirib. Onun sözlərinə görə, cinayət işi Manukyanın müxalifətin 20 fevral tarixindəki mitinqdə verdiyi bəyanatlarla

əlaqədardır. Abrahamyan Cinayət Məcəlləsinin 301-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə, ərazi bütövlüyünü pozma və ya Ermənistanın konstitusiya quruluşunu zorla dəyişdirmək çağırışları) maddəsi ilə iş açıldığını deyib.

Xatırladaq ki, fevralın 20-də İrəvanda keçirilən mitinqdə Manukyan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün xalqı baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. \\Virtualaz.org