Vazgen Manukyan: “Ermənistan müstəqilliyə malik olmayacaq…”

252

“Hər kəsə aydındır ki, Ermənistan indi uçuruma yuvarladılmaqda davam edir”.

Ermənistan mətbuatı yazır ki, bunu ölkənin sabiq baş naziri, “Vətənin qurtuluşu hərəkatı”nın baş nazir postuna namizədi Vazgen Manukyan deyib.

“Bu müharibədə (İkinci Qarabağ müharibəsində -red.)  5 mindən çox əsgər itirdik. Bu yəqin Ginnesin rekordu hesab edilə bilər ki, 44 gün ərzində 2,5 milyonluq xalq belə itkilərə məruz qalsın”, – Manukyan qeyd edib.

Müxalif siyasətçi vurğulayıb ki, baş verənlərdən sonra Ermənistanda heç kim bu müharibə və onun dağıdıcı nəticələrinə görə məsuliyyətə cəlb edilməyib: “Bundan başqa, baş nazir elə xoruzlanır, sanki günahkar o deyil, kimsə başqasıdır”.

Manukyanın sözlərinə görə, Ermənistanın itkiləri təkcə müharibə ilə yekunlaşmayıb. Ölkənin məhkəmə sistemi, təhsil sahəsi hücumlara məruz qalır. Atom Elektrik Stansiyasının bağlanılacağı deyilir.

“Dövlətimizi uçuruma yuvarladılır, bizim dövlət formal olacaq, hansı ki, müstəqilliyə malik olmayacaq, inkişaf etməyəcək”, – deyə o əlavə edib. \\Virtualaz.org