“Vətəni satanlara ölüm!” İranda Çin ilə 25 illik müqaviləyə qarşı etirazlar

18

Hurriyyet.org xəbər verir ki, İranın müxtəlif şəhərlərində vətəndaşlar toplaşaraq Tehran ilə Pekin hakimiyyəti arasında imzalanan 25 illik əməkdaşlıq müqaviləsinə etirazlarını bildiriblər. Nümayişçilər bu şüarları səsləndiriblər: “İran satlıq deyil”, “Vətəni satanlara ölüm”, “Savaşacağıq, öləcəyik və İranı geri alacağıq”.

Sosial mediada yayılan paylaşımlara görə, İran Məclisinin qarşısına toplaşmış 200 nəfərə qədər tehranlı müqavilənin ləğv edilməsini tələb edib. Elburz və İsfahan rayonlarında da vətəndaşlar valiliyin qarşına toplaşaraq razılaşmaya etirazlarını bildiriblər, “Çin, İrandan rədd ol”, “Müqavilənin ləğv edilməsini istəyirik” şüarlarını səsləndiriblər.

Avstraliyanın Sidney şəhərində yaşayan iranlılar da Çin konsulluğunun qarşısında bu razılaşmaya etirazlarını bildiriblər.