Vətən, millət mücahidləri

36

Polkovnik-leytenant Ceyhun Camalov

Vətən torpaqlarının işğaldan azad edilməsi əməliyyatlarında xüsusi təyinatlı komandir kimi iştirak edən Polkovnik-leytenant Ceyhun Fikrət oğlu Camalov 1983-cü ilin 17 yanvar tarixində Quba rayonu Yenikənd kəndində anadan olub. Şəhid Mehman Ağayev adına Yenikənd tam orta məktəbini 1999-cu ildə əla qiymətlərlə bitirərək Ali Hərbi Akademiyaya daxil olub.

Novruz bayramı günlərində qazi olaraq yurduna dönən, həyəcan və məhəbbətlə qarşılanan Ceyhun komutan 2016-cı il Aprel döyüşlərində və II Qarabağ müharibəsində ən ön cəbhədə aparılan əməliyyatlarda yaxından və son anlaradək iştirak edib. O, işğal altında olmuş ərazilərin yağı düşmənlərdən azad edilməsində ilk gündən xüsusi əhəmiyyətli döyüşlərə hərbi birlik komandiri olaraq qatılıb. ŞUŞA döyüşlərində isə onun rolu əvəzedilməzdir. Biz polkovnik-leytenantın döyüş bölgəsində etdiklərini hərbi sirr olduğu üçün tam şəkildə yaza bilmirik (o bəziləri kimi özünü təbliğ, tərif etdirməyə də həvəs göstərmir), amma Qələbə Tarixini yazan Milli Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin döyüş və kəşfiyyat əməliyyatlarında müstəsna tapşırıqlar yerinə yetirdiyini bilin! O, gələcək nəsillərə, əsgərlərə nümunə, örnək olacaq bir peşəkar hərbçi zabit, təvazökar bir şəxsiyyətdir!!

Onun Döyüş yolu – Cəbrayıl, Füzuli, Hadrut və Şuşadan keçib – Zəfərlə bitən II Qarabağ müharibəsində. Polkovnik -letenant Camalov Ceyhun təkcə Yenikəndin, Qubanın deyil, bütün Azərbaycan xalqının fəxri, qürurudur artıq!! 2016 cı il Aprel döyüşlərində şücaəti ilə fərqlənən, II Qarabağ döyüşlərinin 44 günlük Vətən Müharibəsinin canlı qəhrəmanı olan Ceyhun Camalova Ali Baş Komandan tərəfidən 09.12.2020-ci il tarixdə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. Qəhrəman komandir Camalov Ceyhun Fikrət oğlu “Vətən Müharibəsində” öz şücaəti və qəhrəmanlığı ilə seçildiyindən daha beş medalla -“Cəbrayılın azad olunmasına”, “Füzulinin azad olunmasına”, “Şuşanın azad olunmasına”, “Xocavəndin azad olunmasına” və “Kəlbəcərin azad olunmasına” görə” medalları ilə təltif edilmişdir. Gələcəyin generalı kimi gördüyümüz bu qazi həmyerlimizə can sağlığı və istəyincə ömür arzulayır, Onların  Xankəndinə, Xocalıya, Laçına və b. yol gözləyən Vətən torpaqlarımıza, şəhərlərimizə də Dövlət Bayrağımızı sancacaqları günün yaxınlığına da inanırıq!

C.Alpoğlu Albantürk