Vəkil Sevil Hacıyeva Vəkillər Kollegiyasından uzaqlaşdırılıb

123

Vəkillər Kollegiyasının üzvü Sevil Hacıyevanın vəkillik fəaliyyəti dayandırılıb.
Hurriyyet.az xəbər verir ki, Sevil Hacıyevanın kollegiyadan xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunub.

Vəkillər Kollegiyasının intizam komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində onun hərəkətlərində pozuntu müəyyən olunub.

Buna görə də Rəyasət Heyətinin qərarı ilə Sevil Hacıyevanın fəaliyyətinin dayandırılması və kollegiyadan xaric edilməsi barədə məhkəməyə müraciət edilib.

Məhkəmə tərəfindən xaric olunma ilə bağlı işə baxılacaq.

Qeyd edək ki, iş adamı İsmayıl Hüseynovun ölkə başçısına müraciəti “Hürriyyət”də yayımlanıb. O iddia edir ki, vəkil Sevil Hacıyeva onun 470 milyon pulunu və əmlaklarını dələduzluq yolu ilə ələ mənimsəyib.

İddia olunur ki, Sevil Hacıyeva vətəndaşın külli miqdarda vəsaiti mənimsəyib.
Qeyd olunan faktlarla bağlı Vəkillər Kollegiyasına müraciət olunub.
YƏHYA