ÜST pandemiyanın başa çatacağı tarixi açıqladı

540

Hurriyyet.org xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional şöbəsinin direktoru Hans Kluqe koronavirus epidemiyasının 2022-ci ilinin əvvəlində bitəcəyini bildirib. Kluqe Danimarkanın dövlət televiziyasına açıqlamasında 2021-ci ilin də Kovid-19 ili olacağını, lakin 2020-ci ilə görə daha sabit və idarə edilə bilən olacağını bildirib.

Kluqe ən çətin ssenarinin keçmişdə qaldığını, virusun ilk yayılmağa başladığı 2020-ci il ilə müqayisədə indi səhiyyə işçilərinin virus barəsində daha çox məlumata sahib olduğunu bildirib. Kluqe Kovid-19 pandemiyasının gələcəyini heç kimin əvvəlcədən bilmədiyini, lakin öz zənninə görə 2022-ci ilin əvvəlində epidemiyasının sona çata biləcəyini söyləyib. Kluqe deyib: “Virus yoxa çıxmayacaq, lakin məhdudiyyətlərə ehtiyac olacağını da düşünmürəm. Bu, müsbət xəbərdir”.