Ukraynanın Baş Qərargah rəisi: “Rusiya sərhədə hərbçi toplayır”

39

Hurriyyet.org xəbər verir ki, Ukraynanın Baş Qərargah rəsidi Ruslan Xomçak Rusiyanın silahlı qoşunlarını sərhəd xəttinə topladığını bildirib və Moskvanı Kiyevə qarşı aqressiv siyasət aparmaqda ittiham edib.

“Röyters” informasiya agentliyinin verdiyi xəbərə görə, Ukrayna parlamentində çıxış edən Xomçak Moskva tərəfdarı olan separatçıları atəşkəsi pozmaqda ittiham edib. O, bu ilin əvvəlindən bəri 26 nəfər ukraynalı hərbçinin öldürüldüyünü, həlak olanlardan 4 nəfərinin snayper gülləsinin qurbanı olduğunu söyləyib.

Xomçak müxtəlif bölgələrdən gələn rus hərbi qüvvələrinin təlim keçmək adı altında müharibə hazırlığı üçün Ukrayna sərhədləri yaxınlığında toplaşdıqlarını bildirib və deyib: “Ruslar Ukraynaya qarşı təcavüzkar siyasətlərini davam etdirirlər”.

Rusiyanın 2014-cü ildə Krımı işğal edərək burada 32700 hərbçi saxladığı, rus zabitlərinin Ukraynanın şərqində işğal edilmiş ərazilərdə 28 000 separatçı döyüşçüyə başçılıq elədiyi bildirilir.

Ukrayna, Avropa İttifaqı və NATO, Rusyanı separatçıları dəstəkləmək üçün hərbçi və ağır silah göndərməkdə ittiham edir. Moskva üsyançılara yalnız siyasi və humanitar dəstək verdiyini, Ukraynada döyüşən rusların könüllülər olduğunu bildirir.