Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsini tələb edir

561

Hurriyyet.org xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba Rusiyanın Krımda insan hüquqlarını pozması ilə əlaqədar Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar tətbiq eləməsini tələb edib.

Kubela 6 nəfər Krım tatarının günahsız olduğu halda Rusiyanın asayiş qüvvələri tərəfindən həbs edilməsi məsələsini BMT Baş Assambleyasının 23 fevral tarixində keçiriləcək iclasında qaldıracaqlarını bildirib.

Kuleba Rusiyanın Krımda insan hüquqlarını pozması ilə əlaqədar keçən il də Avropa İttifaqından bu ölkəyə qarşı sanksiya tətbiq eləməyi tələb etdiklərini, bu məsələdə israr edəcəklərini vurğulayıb.

Rusiyanın qanunsuz şəkildə işğal elədiyi Krımda 17 fevral tarixində 6 nəfər Krım tatarı evindən aparılaraq qanunsuz həbs olunub.