Zelenski Donbassa yola düşdü, təmas xəttində olacaq

228

Hurriyyet.org xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Donbassa gedib. Prezidentin ön xəttə gedib burada Ukrayna hərbçiləri ilə görüşəcəyi gözlənilir. Məlumatı Ukrayna Prezidentinin Mətbuat Xidməti verib.

Açıqlamada deyilir: “Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbassa işgüzar səfəri başlanıb. Dövlət başçısı son dövrdə atəşkəsin sistemli şəkildə pozulduğu və düşmən atəşkəsinin nəticəsində ukraynalı müdafiəçilərin həlak olduğu və yaralandığı ön cəbhə mövqelərində olacaqdır”.

Açıqlamada Zelenskinin ukraynalı hərbçilərlə görüşməyi planlaşdırdığı da bildirilir.

Bu il fevralın axırından bəri Donbassda 2020-ci il iyulun 22-də əldə edilmiş atəşkəs rejimi pozulmaqdadır. Təmas xəttində intensiv atışmalar, nəticədə ölənlər və yaralananlar olur.