Ukrayna müxalifəti Vladimir Zelenskinin impiçmenti üçün imza toplamağa başladı

354

Ukrayna Ali Radasının “Həyat naminə-Müxalifət platforması”ndan deputat olan İlya Kiva öz Facebook səhifəsində xəbər verib ki, müxalifət prezident Vladimir Zelenskiyə qarşı impiçment başlatmaq üçün imza toplamağa başladı.

Şərhdə 9 nəfər tərəfindən imzalanan blank nümayiş olunub. “Tarixi an! Prezident Zelenskinin impiçmenti üçün millət vəkillərinin imzaları toplanmağa başladı”, deyə İlya Kiva yazdı.

Fevralın 2-də Zelenskinin verdiyi fərmanla “112 Ukrayna”, “NewsOne”“ZiK” televiziya kanallarına beş illik sanksiya tətbiq etmə qərarı qüvvəyə mindi. Fərmandan sonra kanallar yayımı dayandırdı və dövlət başçısını “əks mövqedə olan mediaya qarşı siyasi repressiyada” günahlandırdılar.

Ardınca “Həyat naminə-Müxalifət platforması” partiyası prezident Vladimir Zelenskiyə qarşı impiçment prosedurunun başladığını elan etdi. Prezident aparatının rəhbəri Andrey Yermak bildirdi ki, impiçment barədə danışmaq üçün heç bir əsas yoxdur.

Tərcümə etdi: Ülviyyə Şükürova