Ukrayna antiterror əməliyyatlarını davam etdirir – ABŞ da işə qarışdı

129
Ukrayna ordusu Donbassın Yasinovatsky rayonunun cəbhə bölgəsindəki Yakovlevka qəsəbəsini atəşə tutur.

Qondarma Donbass “respublikası”nın rəsmilərinin yaydığı məlumatda belə deyilir.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri qəsəbəni 120 mm-lik minaatanlarla vurur.

Bildirilir ki, bir saat əvvəl Ukrayna hərbçiləri Gorlovka yaxınlığındakı Zaitsevo kəndinin də yaylım atəşinə tutublar. Kənddəki yaşayış binalarının alovlandığı qeyd olunur.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin başlatdığı anti-terror əməliyyatlarına Rusiyadan bir-birindən fərqli siyasi reaksiyalar verilib. Əməliyyatın ilk anlarında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müharibəni başladanların Ukraynanı məhvə sürüklədiyini bildirsə də, saatlar irəlilədikcə Moskvanın ritorikası da mülayimləşir. Ən son, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasında bildirilirdi ki, Donbassda qorxulu vəziyyətin yaranıb.

Moskvanın sərt reaksiyasına ABŞ-ın gələn eyni “şiddətli” cavablar Kremlin yumşalmasının başlıca səbəbi kimi görünür. Zira Pentaqon Ukraynanın anti-terror əməliyyatlarını yaxından izləyəcəklərini və əgər Moskva işə qarışarsa, ABŞ-ın da buna laqeyd qalmayacağını vurğulamışdı. Artıq ABŞ-a məxsus Global Hawk PUA-nın Krım yaxınlığında uçuş həyata keçirdiyi və daha sonra Donbassdakı təmas xətti üzərində və Rusiya-Ukrayna sərhədi boyunca dövrə vurduğu xəbər verilir. \\Ovqat