ÜÇÜNCÜ DALĞA TƏHLÜKƏSİ VƏ TOYLARA İCAZƏ… – Əhali paradoksal gözləntilərə cavab axtarır

222

Son günlər koronavirusa yoluxmada dinamika nisbətən yüksəlir. TƏBİB-in yaydığı məlumata görə, fevralın 12-də ölkədə 191 nəfər yoluxma qeydə alınıb, 3 nəfər isə dünyasını dəyişib. Əvvəlki günlərin rəqəmləri bundan daha az idi. İlin əvvəlindən etibarən, sağalma sayı isə yüksək olaraq qalır. Koronavirusa qarşı peyvəndləmənin aparılması da nəhayət, bu bəladan xillas yolunun olmasına ümidlər yaradıb.

Müsbət dinamika pandemiya ilində qadağalara görə təxirə salınan toy mərasimlərinə icazə verilməsini gündəmə gətirib. Bunu ölkədə az qala hər kəs istəyir: toy biznesindən dolanan təbəqələr, evliliyi təxirə salmış cütlüklər şadlıq evinin yolunu tutmaq arzusundadırlar.

Mediada yayılan məlumatlara görə, aprel ayında məhdud da olsa mərasimlərin keçirilməsinə icazə veriləcək. Şadlıq evləri bu barədə xəbərlərə ümid edib hazırlıq işlərinə başlayıblar.

Toyların qadağan olunmasını mənasız adlandıranlar da var. Onlar kafe və restoranların sərbsət fəaliyyət göstərməsini əsas gətirirlər.

Doğurdan da paytaxtakı məşhur resotranların zallarında ailəvi istirahət üçün hər cür şərait yaradılıb. Onlar toylardan heç nə ilə fərqlənmirlər.

Tanınmış həkim, farmakoloq Müşfiq Hüseynov “AzPolitika.info”-ya bildirib ki, son həftələrdə səngiyən pandemik vəziyyət və başlanan peyvəndləmə prosesi özü ilə bərabər iki aktual sualı gündəmə daşıyıb.

“Üçüncü dalğa olacaqmı, olacaqsa, nə vaxt olacaq? Pandemik vəziyyət nə vaxt bitəcək? İndi alimindən nazirinə, həkimindən müəlliminə qədər bütün cəmityyət bu iki sualın cavabını axtarır. Demək olar ki, əksəriyyət vəziyyətə “pandemiyaya bitdi” gözü ilə baxır. Həqiqətən də saylar 100-150-ə enib, ikinci dalğa söndü deyə də bilərik,”-deyə o vurğulayıb.

Bəs 3 cü dalğa olacaqmı?

M. Hüseynov hesab edir ki, mütləq olacaq: “Bundan qaçış yoxdur, çünki hələ heç kim epidemiya qanunlarının əksinə getməyib. Dalğa mütləq olacaq və görünən odur ki, bu zərbəni mart ayında gözləyə bilərik. Əslində məsələ bu deyil, odur ki, üçüncü dalğanın ikinci kimi dağıdıcı olmaması, xəstələrin hiss olunmayacaq sayda – günlük 500-700 olması üçün addımlar atılmalıdır”.

 

 

Hansı addımların atılmasının vacibliyinə gəlincə, həkim yeganə yolun peyvəndləmənin davam etdirilməsi olduğunu qeyd edib: “Bir neçə dəfə deyilib, əlaqədar qurumlar peyvəndləmə işini sürətləndirməldir. Hətta proses könüllü məcburiyyət halı almalıdır.

Bir aydan çoxdur ki, ölkəyə peyvəndlər gətirlib. İndiyə kimi vətəndaşlar bir yana, heç həkimlər də tam peyvəndlənməyib. Yaş məhdudiyyəti də düzgün qərar deyil. Bizdə cəmiyyətin bir hissəsi peyvənd almaq istəmir.

Artıq peyvənd və onun dağıdıcı, bir ildən sonra kütləvi ölümə səbəb olacağı, gənclərdə qısırlıq yaradacağı haqqında mutfilm ssenarisinə oxşar nağıllar uyudurulur. Fikrimcə, peyvənd 65 üstü yaşlılara yox, könüllü vurdurmaq istəyən hər kəsə vurulmalıdır. Nə qədər tez olsa, o qədər yaxşıdır. Bu işin başqa çözüləcəyi nöqtə yoxdur. Gözləsək, üçüncü dalğa mütləq olacaq, amma onub təsir gücü əhalinin neçə faizini peyvəndlənməsindən aslı olacaq. Vaxt keçir və biz yenə pandemiyaya uduzuruq”.

O ki qaldı toylara icazə verilməsinə, M. Hüseynov hesab edir ki, 50-60 nəfərlik kiçik toylara indi də icazə vermək olar: “Resrtoranlar açıqdır və ora şənbə, bazar günləri bir toyun adamından çox insan gedir. Ofsiantların əlcək və maskada gəzməsi şərtilə toya niyə icazə verilməsin ki?

Məcbur deyil ki, 500 adam çağırılsın. Ümumiyyətlə əlimizə düşən bu tarixi fürsətdən yararlanıb israfçı, geri düşüncəli toy və yas tədbirlərinə əl gəzdirmək lazımdır. Digər tərəfdən, gündə bəlkə də on min adamın getdiyi böyük marketlər açıqdır, amma ərazicə onlardan bəlkə yüz dəfə böyük mollar bağlıdır. Əgər, söhbət sosial məsafədən gedirsə, onda birinci ictimai avtobuslar dayandırılmaldır. Bir sözlə, insanıların işinə zərər vurmağa “dayan!” demək lazımdır. Hər kəs özünü qoruyaraq işinə – gücünə davam etsin. Fitnes hamam, AVM və mollarda iş bərpa edilməlidir. Bununla belə maska məcburiyyəti mütləq davam etməli və sürətlə peyvəndləməni həyata keçirmək lazımdır. Bizim başqa yolumuz yoxdur”.

“AzPolitika.info”