Ucarda Mədəniyyət evinin müdiri azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib

450

Ucar rayonunda yerləşən mədəniyyət evinin müdiri Rəfail Hüseynov həbs edilib.

Hurriyyet.org-a danışan mənbənin bildirdiyinə görə, mədəniyyət evinin müdiri azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Azyaşlı qızın valideynlərinin polisə müraciətindən sonra Rəfail Hüseynov Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Mənbənin bildirdiyinə görə, Ucar Mədəniyyət evinin müdiri Rəfail Hüseynov məhkəmənin qərarıyla həbs edilib.

YƏHYA