“Tvitter” birdəfəlik qadağan etdi – Tramp yenidən prezident olsa belə, hesabı açılmayacaq

459

Hurriyyet.org xəbər verir ki, “Tvitter” sosial media şəbəkəsinin maliyyə müdiri Ned Seqal Amerika mətbuatına açıqlamasında keçmiş ABŞ Prezidenti Donald Trampın yenidən prezident kürsüsünə oturacağı təqdirdə belə, onun hesabına qoyulan qadağanın ləğv edilməyəcəyini bəyan edib.

Seqal bağlanılmış hesabın yenidən açılmasının mümkün olmadığını və bu qadağanın daimi olduğunu bildirib: “Qaydanı pozduğunuz üçün platformadan çıxarıldığınız zaman keçmişdə və ya indi vəzifə sahibi olmağınızdan asılı olmayaraq, yenidən hesaba daxil olmağınıza icazə verilmir”.

Şirkətin siyasətinin “insanların zorakılığa təşviq edilməsinə yol verməməsinə” əsaslanaraq qurulduğunu və “qaydanı pozanların geri qayıtmasına yol verilməyəcəyini” söyləyən müdir Donald Trampın yenidən ABŞ Prezidenti seçiləcəyi təqdirdə belə şəxsi “Tvitter” hesabından istifadə etməyəcəyini qəti şəkildə bildirib.

Bu ilin 6 yanvar tarixində Tramp tərəfdarlarının Amerika Konqresinə hücumundan sonra sosial media şirkətləri Trampın hesablarına qarşı ciddi senzura tətbiq eləməyə başlayıb. Instagram” iləFacebook” Trampın hesabını müvəqqəti olaraq əngəllədiyi halda, “Tvitter” 8 yanvar tarixindən onun hesabını birdəfəlik bağladığını bəyan edib.