Türkiyəyə məxsus TIR-lar bir aydır Rusiya sərhəddində qalıb: 75 km-lik növbə – FOTO/VİDEO

51

Rusiya-Gürcüstan sərhədindəki Vladiqafkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması ciddi problemə çevrilib. Belə ki, sərhəd qapısında gözləyən TIR-ların növbəsi 75 km-i keçib. 4 000-ə yaxın TIR təqribən bir aydır Rusiya sərhədini keçə bilmir.

Bu barədə “Cümhuriyyət” xəbər yayıb.

Məlumata görə, Rusiya tərəfindən tranzit yavaşladığı üçün sürücülər beş gündə cəmi dörd kilometrə qədər məsafə qət edə bilib.

“Xəstəyəm, nəqliyyat vasitəsini tərk edib xəstəxanaya gedə bilmirəm. Ürək xəstəliyi olan və dərmanı tükənən sürücülər var. 22 gündür hamam görməmişik. Yemək, içmək və yanacaq problemimiz var. Şirkətlər “başınızın çarəsinə baxın” deyirlər. Bölgədə yaşayan Çeçen, Dağıstan və İnquş müsəlmanları sürücülərə su və qida yardımı edirlər. Xüsusilə Ramazan ayının başlaması ilə oruc tutan sürücülərə su və yemək gətirənlər var”, – deyə sürücülərdən biri bildirib.