Türkiyənin qonşu ölkələrə ixracı 21% artıb

54

Bu il yanvar-mart aylarında Türkiyənin qonşu ölkələrə (İran, Yunanıstan, İraq, Gürcüstan, Suriya və Bolqarıstan) ixracatı 21% artaraq 4,328 mlrd. ABŞ dollarına çatıb.

APA-Economics”in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Ticarət Nazirliyi və Türk İxracatçılar Şurasının birgə hesabatında deyilir.

Qeyd olunur ki, ötən ilin eyni dövründə bu göstərici 3,574 mlrd. dollar təşkil edib.

Türkiyədən məhsulların əsas idxalatçısı İraq olub. Cari ilin birinci rübündə Türkiyənin bu ölkəyə ixracı 1,875 mlrd. dollar təşkil edib. Hesabat dövründə Bolqarıstana 766 mln. dollar, Yunanıstana – 589 mln. dollar, İrana – 481 mln. dollar, Suriyaya – 324,5 mln. dollar dəyərində məhsul ixrac olunub.

Qonşu ölkələr arasında Gürcüstan Türkiyədən mal idxalını azaldan yeganə ölkə olub ki, hesabat dövründə azalma 11,8% təşkil edib.

Hüseyn Vəliyev