Türkiyədən S-400 açıqlaması

207

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  amerikalı həmkarı Entoni Blinken ilə görüşü ilə bağlı açıqlamasında deyib: “S-400 sistemlərini satın aldığımızı, artıq bu işin bitdiyini söylədik”.

Çavuşoğlu Brüsseldə keçirilən NATO xarici işlər nazirləri iclasının ikinci günündən sonra keçirdiyi mətbuat konfransında Blinken ilə görüşün konstruktiv şəraitdə baş tutduğunu bildirib.

O, həmçinin, FETÖ və YPG/PKK məsələləsinin də müzakirə edildiyini qeyd edib.