Türkiyədə “Sputnik V” vaksini istehsal ediləcək

54

Türkiyədə koronavirusa qarşı vaksin istehsal olunacaq.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Birbaşa Sərmayə Fondu ilə Türkiyənin “Viscoran” əczaçılıq firması arasında razılaşma imzalanıb.

Sənədə əsasən, Türkiyədə Rusiyanın “Sputnik V” vaksini istehsal ediləcək.

İstehsal prosesi qarşıdakı aylarda başlayacaq.