Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var

33

Türkiyənin Düzce vilayətində baş verən avtomobil qəzası nəticəsində 3 nəfər həlak olub, 11 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Hadisə şəhərin Akçakoca rayonunda İstanbuldan Zonguldaka gedən sərnişin avtobusu ilə bir avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə yerinə çox sayda təcili tibbi yardın və polis briqadaları cəlb olunub. Qəza zamanı xəsarət alan avtobusun sürücüsü ilə 10 sərnişin ətraf xəstəxanalara göndərilib.

Faktla bağlı araşdırma başladılıb. \\Publika