Türkiyədə ata 16 yaşlı qızının boğazını kəsib – HADİSƏ ANI

447

Türkiyədə qanlı hadisə baş verib. Hurriyyet.org-un Türkiyə KİV-in istinadən xəbərinə görə, hadisə Afyonkarahisar şəhərində qeydə alınıb. Belə ki, şəhərin Sandıqlı qəsəbəsində  ata aralarında yaranmış mübahisə nəticəsində 16 yaşlı qızının boğazını kəsib. Həmin an ərazidə insanlar da olub. Ərazidəki şəxslərin müdaxiləsi nəticəsində qız atasının əlindən alınaraq yardım edilir.  Baş vermiş hadisə ərazidəki kameralarda qeydə alınıb.

Daha sonra əraziyə polis əməkdaşları cəlb edilib və qatil ata polislər tərəfindən həbs edilib.

Yaralı qıza isə ilkin tibbi yardım göstərilib.

YƏHYA