Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara rayonunda yuva salmış terrorçulara qarşı “Pençe Kartal-2” əməliyyatının keçirildiyini bəyan edib.
Nazirliyin açıqlamasında deyilir: “İraqın şimalından xalqımıza və asayiş qüvvələrimizə qarşı terror hücumlarını dəf eləmək, PKK/KCK və digər terrorçu ünsürləri zərərsizləşdirmək məqsədi ilə Qara bölgəsində “Pençe Kartal-2” əməliyyatı keçirilir“.