Türkiyə XİN: “Erməni terrorçuların şəhid elədiyi həmkarlarımızı unutmarıq”

54

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi erməni terrorçuları  tərəfindən şəhid edilən türk diplomatlarının xatirəsini yad edib.

Nazirliyin açıqlamasında deyilir: “Yalanlar sadəcə tarixi saxtalaşdırmır, günahsız canları da alır. Erməni terrorunun şəhid elədiyi iş yoldaşlarımızı unutmadıq, əsla unutmayacağıq. Qoy rahat yatsınlar, biz heç bir yalana və təzyiqə boyun əyməyəcəyik”.

Türkiyə XİN-in “Tvitter” hesabındalı paylaşmasında erməni terror təşkilatlarının üzvləri tərəfindən şəhid edilən 31 nəfər türk diplomatının adları qeyd edilib.