Türkiyə S-400 probleminin həlli yolunu göstərdi

285

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib: “Rusiyadan alınan S-400 Hava Hücumundan Müdafiə sistemindən Türkiyə də Krit modeli ilə analoji şəkildə istifadə edə bilər”.

Cənubi Kipr Yunan Respublikası 1990-cı illərin ortalarında Rusiyanın S-300 sistemlərini alsa da, Türkiyənin kəskin reaksiyası səbəbindən Afina ilə razılaşma əsasında komplekslər Krit adasında yerləşdirilmiş, ardından Yunanıstanın mülkiyyətinə verilmişdi.

Hulusi Akar deyib: “S-300 kompleksləri NATO sisteminin cəbbəxanasında mövcuddur. Bu təklifi danışıqlar prosesinin gündəliyinə daxil edəcəyik. ABŞ-la birlikdə S-400 problemini də həll edə bilərik”.

Nazir qeyd edib ki, əvvəllər Varşava Müqaviləsi Təşkilatının, sonra isə NATO-nun üzvü olan ölkələrdə indiyə qədər sovet dövrünün silahları qalmaqdadır.